Tramp telekanal əməkdaşını özünə müşavir təyin etdi

Tramp telekanal əməkdaşını özünə müşavir təyin etdi
09:39 26 Noyabr 2016
109 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp özünə yeni müşavir təyin edib. Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Tramp noyabrın 25-də verdiyi açıqlamada bildirib ki, Fox News telekanalının analitiki Ketlin Makfarlendə milli təhlükəsizlik məsələləri üzrə müşavir postunu təklif edib.

 

K. Makfarlend Trampın təklifinə razılıq verdiyini açıqlayıb.

 

Xatırladaq ki, Makfarlend ABŞ prezidentləri Riçard Niksonun, Cerald Fordun və Ronalda Reyqanın administrasiyasında təmsil olunub. 1970-1976-cı illərdə Milli Təhlükəsizlik Şurasında Henri Kissincerin köməkçisi olub. Reyqanın dövründə isə Ağ evdə müdafiə nazirinin köməkçisinin birinci müavini kimi çalışıb. 2006-cı ildə Nyu-Yorkdan Senat üzvlüyünə namizəd olsa da, uğur qazana bilməyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR