Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiya təhsil və elm naziri Dmitri Livanov Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, nazir Bakıya noyabr ayının 28-də gələcək.
Səfərin əsas məqsədi Azərbaycan və Rusiya ali məktəblərinin məzunlarına həsr olunan konfransda iştirak etməkdir.
Səfər çərçivəsində D.Livanov həmçinin azərbaycanlı həmkarı Mikayıl Cabbarovla və Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşəcək.