Cahangir Hacıyevin bacanağın istəyi baş tutmadı

Cahangir Hacıyevin bacanağın istəyi baş tutmadı
10:14 26 Noyabr 2016
92 Digər
Ölkə mətbuatı
A- A+

“Beynəlxalq Bank”ın sabiq rəhbəri Cahangir Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı  İsmayıl Hidayətzadənin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən İ.Hidayətzadənin apellyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, İ.Hidayətzadə keçən il  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. O, “Beynəlxalq Bank”dan 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. .

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR