İŞİD-ə qoşulmaq istəyən iki Azərbaycan vətəndaşı tutulub

İŞİD-ə qoşulmaq istəyən iki Azərbaycan vətəndaşı tutulub
10:27 26 Noyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-si Rusiya, 8-i Türkiyə, 2-si Azərbaycan, 2-si Özbəkistan, 1-i isə Tacikistan vətəndaşıdır.
 
Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.
 
Onların hamısında saxta sənədlər olub.
 
Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/493292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR