Biləsuvarda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Biləsuvarda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
10:29 26 Noyabr 2016
114 Digər
Ölkə mətbuatı
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Biləsuvar Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.     

Tədbir iştirakçıları əvvəlcə mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev mərhum prezident Heydər Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin əhəmiyyətindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd edib ki, Biləsuvar gəncləri daim öz vətənpərvərlikləri ilə fərqləniblər.

Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Biləsuvar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR