Jan-Klod Yunker: “Avropa Türkiyəyə dərs keçməkdən vaz keçməlidir”

Jan-Klod Yunker: “Avropa Türkiyəyə dərs keçməkdən vaz keçməlidir”
10:58 26 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə Avropa İttifaqı ölkələrinin əvəzinə 3 milyondan çox miqranta qapısını açıb. Məncə, Avropa Parlamenti bu məsələ ilə bağlı Türkiyəyə dərs keçməkdən vaz keçməlidir”.

Publika.az xəbər verir ki, bu fikirləri “Euronews” televiziyasına müsahibəsində Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

Avropa Komissiyasının sədri bilidirib ki, miqrant probleminin aradan qaldırılması üçün Türkiyə İordaniya və Livanla birgə Avropa Birliyi ölkələrindən daha çox iş görür.

Jan-Klod Yunker deyib ki, Türkiyə Avropanın əhəmiyyətli müttəfiqidir: “Türkiyə Avropanın təkcə miqrant məsələsi ilə bağlı müttəfiqi deyil. Türkiyə bir çox sahələrdə Avropa Birliyinə səmimi müttəfiqlik nümayiş etdirir. Buna görə də Avropa Türkiyəni küsdürəcək dərs verməli deyil. Türkiyənin Avropa İttifaqı üçün gördüyü işləri görməyə təkcə vicdanlı olmaq kifayət edir”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR