Avropanın qoca qadını "üzünü dəyişir"

Avropanın qoca qadını "üzünü dəyişir"
11:05 26 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Siyasi arena bu gün "div"lər üçün də sürprizlər vəd edir. ABŞ-dakı son prezident seçkiləri artıq hər şeyin onların istədiyi kimi yekunlaşmayacağını təsdiq etdi. Trampın qalibiyyətinə inanmayanlardan olan Almaniya yeni kansler seçkilərinə hazırlaşır.

2005-ci ildən Almaniyaya rəhbərlik edən Angela Merkel isə bu postu buraxmamaq niyyətindədir. 4-cü dəfə seçkilərə qatılmaq istəyən Merkel istəyinə çatmaq üçün "miqrant siyasəti"ndə müəyyən manevrlər etməyi düşünür.

Gələn il baş tutacaq prezident seçkiləri səbəbiylə keçirilən ictimai rəy sorğuları onu göstərdi ki, Merkelin reytinqi əvvəlki seçkilərə nisbətən xeyli aşağı düşüb. 

Merkeldən fərqli olaraq daha çox yüksələn siyasətçi isə Alternativ Partiyanın lideri Frauke Petrudur. Bu lider Merkelin miqrantlara açıq qapı siyasətinin kəskin tənqidçisidir. O, cəmi 20000 miqrantı qəbul etmək təklifini verib. Hətta müsəlmanların çarşab geyinməsini qadağan etmək fikrindədir.

Hətta F.Petru alman sərhədçilərə miqrantlara atəş açmaq səlahiyyətinin verilməsindən də danışır. Antimüsəlman, radikal mövqeyi olan liderin partiyası reytinqdə 3-cü sıraya yüksəlib. Bu amil bir daha onu göstərir ki, Avropada antiqlobalist, antimüsəlman, antimiqrant mövqeyində olan siyasətçilərin reytinqləri yüksəlir.

Bunun fərqində olan Merkelin ilk hədəfi miqrantlar olacaq

Bu gedişlə bir nömrəli rəqibinə məğlub olacağını düşünən 62 yaşlı Angela Xristian Demokratik İttifaqı partiyasının ötən axşam baş tutan toplantısında "maraqlı" açıqlamalar edib. O, bu ilin sonunadək 60 min miqrantın Almaniyanı "könüllü" olaraq tərk edəcəyi fikirlərini səsləndirib.

Onun sözlərinə görə, 60 min miqrant müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qaytarılacaq. Ümumilikdə isə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq. 

Merkelin bu çıxışında ən diqqət çəkən məqam "miqrantlar Almaniyanı könüllü tərk edəcəklər" ifadəsidir. Miqrant - ölkəsindəki siyasi, sosial durumun acınacaqlığından digər ölkələrə üz tutan insanlara deyilirsə, onların yenidən öz vətənlərinə qayıtması nə dərəcədə könüllü ola bilər?! Bu yolla yüz minlərlə insanın taleyi ilə oynayan lider "siyasi üzünü" dəyişib 4-cü dəfə postunda qalmaq niyyətindədir. 

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR