Alimlər mexaniki piksellər icad ediblər

Alimlər mexaniki piksellər icad ediblər
11:35 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Delftski Texniki Universitetinin alimləri tərəfindən yaradılmış yeni texnologiyanın köməyi ilə displey istehsal etmək mümkün olacaq. Yeni texnologiyanın əsasını təşkil edən qrafen kürəciklər genişlənmə və sıxılma zamanı öz rəngini dəyişdirə bilər. Alimlərin məlumatına görə, bu "mexaniki piksellər"in sayəsində gələcəyin displeyləri "LED" texnologiyalarla müqayisədə daha elastik, dözümlü və enerji səmərəli olacaq. Alimlər qrafenlə örtülmüş silisium oksiddən hazırlanmış panellər üzərində işləyiblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, problem ondadır ki, yalnız mikroskop altında rəng dəyişikliyini görmək mümkündür, çünki böyükölçülü belə nümunələrin istehsalı çox baha başa gəlir. Belə ki, kiçikölçülü təsvir formalaşdırmaq üçün çoxlu belə piksel lazımdır. İkincisi, alimlər hələ ki yeni texnologiyanın köməyi ilə rəngləri bütünlüklə əks etdirməyə müvəffəq olmurlar.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44567-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR