Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb
11:37 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri Çindən məişət texnikasının qanunsuz gətirilməsinin qarşısını alıb. 
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Çindən Azərbaycana gətirilən yüklərə baxış keçirilib.
Belə ki, neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split kondisionerlər, sensorlu müasir caydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-qtisadiyyat/azerbaycan-gomrukculeri-cinden-meiset-texnikasinin-qanunsuz-getirilmesinin-qarsisini-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR