Elza Seyidcahandan sərt SÖZLƏR: “Gəlsin, üzünə deyim” - QARŞIDURMA

Elza Seyidcahandan sərt SÖZLƏR: “Gəlsin, üzünə deyim” - QARŞIDURMA
11:58 26 Noyabr 2016
527 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan bu dəfə serial və kino rejissorlarını hədəfə alıb.

Publika.az-a açıqlama verən sənətçi filmlərdə keyfiyyətli musiqinin olmamasından gileylənib:

“Bizim əvvəl gözəl filmlərimiz vardı. “Uzaq sahillərdə”, “Görüş”, “Yenilməz batalyon”, “Nəsimi”… Həmin filmlər həm də onlara yazılan möhtəşəm musiqilərə görə sevilib. Amma bu gün bu ənənə uqudulub. Rejissorlar niyə filmlərinə musiqi sifariş vermirlər? Lap elə seriallar olsun. Rövşən İsax niyə çağırıb demir ki, ay peşəkar bəstəkar, gəl, mənim serialıma və filmimə musiqi yaz. Nə qədər qeyri-peşəkarlarla işləmək olar? Dünyanın hansı ölkəsini götürsən, görərsən ki, orda çəkilən böyük büdcəli filmlərin hamısı musiqiləri ilə də məşhurdur. Bizimkilər peşəkarla işləmək istəmir. Ona görə də çəkilən filmlərə əvvəlki sevgi ilə baxılmır. Səviyyəli film ortaya qoymaq istəyirsinizsə, bəstəkarlara müraciət edin. Ən cox serial çəkən Rövşən İsaxdır, dalınca danışmıram, gəlsin, üzünə deyim. Peşəkar musiqici ilə işləsin”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR