İstirahət gününün hava proqnozu açıqlanıb

İstirahət gününün hava proqnozu açıqlanıb
12:02 26 Noyabr 2016
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında istirahət günü, noyabrın 27-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. 
Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq. 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/i-stirahet-gununun-hava-prqonozu-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR