Çindən Azərbaycana məişət texnikası keçirmək istədilər - FOTO

Çindən Azərbaycana məişət texnikası keçirmək istədilər - FOTO
12:22 26 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Çin Xalq Respublikasından ölkəmizə gətirilən yüklərə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizor, 10 ədəd split-kondisioner, sensorlu müasir caydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/493326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR