İstirahət gününün hava proqnozu

İstirahət gününün hava proqnozu
12:26 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında istirahət günü, noyabrın 27-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR