Bu at kişilərə nifrət edir - FOTO

Bu at kişilərə nifrət edir - FOTO
12:42 26 Noyabr 2016
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Actinpieces" adlı cıdır atı kişi çaparları yaxın qoymur. O, kişi çaparları dişləyir, şıllaqla vurmağa çalışır.

Qadın çaparlar isə tam əksinə, "Actinpieces"i həlim, sözəbaxan, mehriban at sayırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Kembricşir qraflığındakı Torni şəhərində saxlanan bu at "Novice Chase" cıdırının qalibidir.

Yorkşir qraflığındakı Uizerbi şəhərində keçirilmiş həmin cıdırda "Lethal"ın belində qadın çapar Cina Endrüs vardı.

Cinanın kiçik bacısı Bricit hazırda "Actinpieces"in yaxına buraxdığı, ata qulluq edən yeganə insandır.

Bacıların böyük qardaşı, 18 yaşlı Cek ata qulluq etmək, sonra da "Actinpieces"i minmək istəyəndə "müqavimət"lə qarşılaşıb. Cek Endrüs fikrindən vaz keçməli olub.

Atın məşqçisi Pamela Slayın dediyinə görə, "Actinpieces" kişi çaparlara nifrət edir.

Tornidəki ippodromun işçisi Kris Skadder fotoçəkiliş zamanı atı tutsa da, "Actinpieces"in çox qəzəbli olduğu aşkardı.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR