"İlk təbriki keçmiş həyat yoldaşımdan aldım" - Lətifə

"İlk təbriki keçmiş həyat yoldaşımdan aldım" -  Lətifə
12:51 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Lətifə Soyuözün ad günüdür.

28 yaşını qeyd edən ifaçı təəssüratlarını Axşam.az-la bölüşüb.

O bildirib ki, ilk təbriki keçmiş həyat yoldaşı Dəniz Soyuözdən alıb:

"İlk təbriki keçmiş həyat yoldaşımdan aldım. Ailəm, yaxın dostlarım gecə saat 12-ni keçən kimi mənə sürpriz etdilər. Bu diqqət məni çox xoşbəxt etdi. Çünki hamısı iş adamıdır və gecədən səhərə kimi yanımda oldular. Bu da məni sevindirdi. Ad günümü ailəm və mənə ailəm qədər yaxın olan insanlarla birlikdə qeyd edəcəm. Mənim üçün hədiyyə önəmli deyil. Dəyər verdiyim insanların sevgisi, diqqəti hər şeydən önəmlidir. Məni kiçik amillər belə sevindirə bilər".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR