AKP-çi deputat: “Türkiyənin Avropa Birliyinə ehtiyacı yoxdur” – ÖZƏL

AKP-çi deputat: “Türkiyənin Avropa Birliyinə ehtiyacı yoxdur” – ÖZƏL
12:58 26 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

“Avropa Parlamentinin Türkiyəyə qarşı qəbul etdiyi qərar lazımsız kağız parçasıdır”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Hilmi Dülgər bildirib.

AKP-çi deputat deyib ki, sözügedən qərar Türkiyənin müstəqil siyasətinə əngəl yarada bilməz:

“Türkiyə böyük dövlətdir. Biz tarixən buna bənzər ədalətsiz və qərəzli qərarları çox gördük. Həmin qərarların bir çoxu unudulub gedib. Eyni zamanda, həmin qərarlar indiyədək Türkiyəni öz inkişafından və strategiyasından çəkindirməyib”.

H.Dülgər qeyd edib ki, indi Türkiyənin Avropa İttifaqına ehtiyacı yoxdur: “Əksinə, bu gün Avropa İttifaqının Türkiyə ehtiyacı var. Avropa İttifaqına sığınmaq istəyən miqrantların böyük hissəsinə Türkiyə sahib çıxır. Halbuki, onlar Avropa ölkələrinə getmək istəyir. Bu zaman onların başına nə müsibətlər gətirilir, bunu bütün dünya görür. Digər tərəfdən isə Avropa İttifaqı 50 ildir ki, Türkiyənin bu təşkilata üzv olmasına əngəl yaradır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər də bəyan ediblər”.

Xatırladaq ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqı ilə Türkiyə arasında 2005-ci il oktyabrın 3-də başlayan üzvlük müzakirələrinin müvəqqəti dondurulmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Doqquz maddədən ibarət olan qətnamə layihəsi tövsiyə xarakteri daşımaqla bərabər, siyasi baxımdan əhəmiyyətli bir sənəddir.

Dekabrın 15-16-da Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək sammitində qəbul ediləcək qərar Türkiyə və Avropa İttifaqı arasındakı əlaqələrin gələcəyi baxımından həlledici əhəmiyyətə sahib olacaq.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR