ABŞ-da seçici səsləri yenidən sayılacaq – TRAMPA ZƏRBƏ

ABŞ-da seçici səsləri yenidən sayılacaq – TRAMPA ZƏRBƏ
13:03 26 Noyabr 2016
154 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Viskonsin ştatında seçici səslərinin yenidən sayılacaq.

Publika.az
xəbər verir ki, Yaşıllar Partiyasından olan namizəd Jill Steyn Donald Trampın qazandığı Viskonsin ştatında səslərin yenidən sayılması üçün Seçki Komissiyasına müraciət edib.

Komissiyanın açıqlamasında bildirilir ki, müraciət edildikdən sonra ştatda səslərin yenidən sayılması üçün lazımi hazırlıqlar aparılır.

Donald Tramp Vinsontində 1 milyon 404 min, Hillari Klinton isə 1 milyon 381 min 823 səs almışdı.

Qeyd edək ki, bundan əvvəl Donald Trampa səs verəcək Seçicilər Kollegiyasının 6 nümayəndəsi mövqelərini dəyişmişdi.

Viskonsində səslərin yenidən sayılması 2000-ci il seçkilərini xatırladır. Həmin seçkidə demorkatların namizədi Albert Qor öndə olsa da, respublikaçıların namizədi Corc Buş məhz Florida ştatında səslərin yenidən sayılması ilə qələbə çaldı.

Bununla yanaşı, Viskonsində səslərin yenidən sayılması ilk olaraq rəsmi nəticələrin dəyişməsinə gətirib çıxara bilər. Həmçinin, bu, digər ştatlarda da səslərin yenidən sayılması məsələsini gündəmə gətirə bilər.

Əgər Viskonsində səslər yenidən sayılarsa və nəticə Trampın əleyhinə olarsa, o, Seçicilər Kollegiyasının bu ştatdan olan 10 nümayəndənin səsini itirmiş olacaq. Ümumilikdə Tramp Seçicilər Kollegiyasının 16 səsindən məhrum olacaq. Seçkidə respublikaçıların namizədi Seçicilər Kollegiyasının 276 səsini toplamışdı. 16 üzvün səsinin ləğv olunması, onun səslərini 260-a endirir. Halbuki, prezident olmaq üçün Seçicilər Kollegiyasının 538 nümayəndəsindən 270-ni qazanmalıdır.

Belə görünür ki, Trampın prezident olmasına ciddi əngəllər yaradılır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR