"Qalatasaray" camiəsindən Riekerinə qarşı birləşdi

"Qalatasaray" camiəsindən Riekerinə qarşı birləşdi
13:17 26 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Ardıcıl məğlubiyyətlər "Qalatasaray"ın baş məşqçisi Yan Olde Riekerinkin durumuna, azarkeşlər və klub rəhbərliyi ilə arasındakı münasibətə xeyli təsir edib. Bu da müəyyən vaxtlarda məşqçinin əsəbi davranmasında öünü göstərib.


Fanat.Az xəbər verir ki, hollandiyalı mütəxəssis "Bursaspor"la oyundan əvvəl stadionun dəhlizində rəqib həmkarı Hamza Hamazaoğlu ilə mübahisə edib. Onun qəribə hərəkətləri oyun zamanı da davam edib. O texniki zonada öz yerində əsəbi şəkildə əyləşib. Ciddi və sanki kiminləsə dalaşmış kimi görüntü verən Riekerink, o vəziyyətdə oturarkən yanına heç kəsin gəlməməsi də diqət çəkib. 


Oyundan öncə həmkarı ilə birliklə fotoqraflara poza verən mütəxəssisin qəmli halı hələ də üstündə idi. Ayrıca matçöncəsi tərəfdarlar "Qalatasaray"ın sabiq baş məşqçisi olmuş Hamzaoğlunu çağırsalar da bir müddət öncə bağırlarına basdıqları hazırkı çalışdırıcıya heç bir söz deyən olmayıb.


Bu da "Qalatasaray"ın çalışdırıcısına olan münasibəti dəyişilməsindən xəbər verir. Təxminən bir öncə "Riekerink bəy deyəcəksiz" kimi pankartlarlıa çıxış edən azarkeşlərin indi onu veclərinə almaması, rəhbərliyklə arada soyuqluğun yaranması və klubun artıq yeni namizədlərlə gizli danışıqlar aparması hollandiyalıya ciddi psixoloji və mənəvi təzyilərdən xəbər verir. Düzdü rəhbərlik bir müddət öncə ona qış fasiləsinə qədər şans verdiyini açıqlasa da deyəsən heç Riekerink o müddətə qədər tab gətirməyəcək. Növbəti məğlubiyyət isə baş məşqçinin istefa verməsini şərtləndirə bilər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-camisindn-riekerin-qar-birldi-t54469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR