Beyləqanda maşın kanala aşıb.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 25-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb və hadisə yerində ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az