Bəy toy günü həbs olundu, amma toy davam etdi

Bəy toy günü həbs olundu, amma toy davam etdi
13:41 26 Noyabr 2016
231 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin Batman vilayətində bəy toy günü həbs olunub.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, açıq həbsxanada (yüngül cəzaları olan məhkumlar bu həbsxanda rahat telefonla danışa, həbsxanadan kənarda işləyə, verilmiş vaxt çərçivəsində ailələri ilə gedib görüşə bilərlər) yatan 24 yaşlı Orxan Çelik adlı gənc sevgilisi Hülya ilə toy qərarlaşdırıb. İcazə müddəti bitsə də, həbsxanaya qayıtmayan Orxan polislər tərəfindən axtarışa verilib.

O, toy fotolarının çəkilməsi üçün getdiyi studiyadan çıxarkən həbs olunub. Məhkumun qardaşı xahiş edib ki, toy bitdikdən sonra özü Orxanı təslim edəcək:

"Kimsə xəbər verib. Toyumuz bəysiz davam edir. Hər kəsdən xahiş etdik. "10 nəfəri girov aparın, toydan sonra qardaşımla dəyişək" dedik, qəbul etmədilər.

Həyatının ən əsas günündə tək qalan gəlin H.Çelik kədərini belə ifadə edib:

"Kədərlənirəm, amma edəcək bir şey yoxdur. Onu gözləyəcəyəm, onu çox sevirəm. Şikayət edən adama da buradan demək istəyirəm ki, "Arzu edirəm Allahım sənin evinə də atəş salar. Bu günü mənə zəhər edənlərə ayıb olsun. Buradan Orxana sevgilərimi göndədirəm, onu bir ömür boyu gözləyəcəyəm. Canı sağ olsun".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR