Ölümünə bir neçə ay qalsa da, gəlin oldu - FOTO

Ölümünə bir neçə ay qalsa da, gəlin oldu - FOTO
13:42 26 Noyabr 2016
687 Maraqlı
Ölkə mətbuatı
A- A+

17 yaşlı Ember Sleynhelmin dediyinə görə, həyatının arzusunu gerçəkləşdirib. O, uşaqlıq dostu, sonra da sevgilisi olmuş Kallum Firkslə ailə həyatı qurub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hər ikisi 17 yaşda olan Kallumla Emberin nikah mərasimi İngiltərənin Bristol şəhəri yaxınlığındakı Bişopuorz şəhərciyində yerləşən "St Peter's Church"də ("Müqəddəs Pyotr kilsəsi") olub.

Toy isə şəhərdəki "Arnos Manor Hotel"də idi.

Ember Sleynhelm ölümcül xəstədir. Onun diafraqmasında aşkarlanmış xərçəng şişi artıq beyninə sirayət edib. Həkimlərin dediklərinə görə, Emberin cəmi bir neçə ay ömrü qalıb.

Həyatının arzusunu reallaşdırmaq və Kallumla ailə qurmaq üçün Ember xəstəliyə məğlub olmaq niyyətində deyildi.

Kallumla Ember internetdə elan verərək toy üçün pul toplamaq fikrində olduqlarını yazdılar. Bu minvalla onlar təqribən 6 min funt-sterlinq ianə topladılar.

Kallumun anası, 38 yaşlı Viki Bişop deyib: "Oğlum Emberi çox sevir. Onları bir-birlərindən ayrı təsəvvür etmək mümkün deyil".

Ember bəxtəvər olduğunu söyləyib.

"Həyatımın bitməsinə az qaldığını bilirəm. Ölümümədək olan zamanı artıq bəxtəvər yaşayacağam. Çünki artıq ailəm var", - Ember deyib.

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR