Pan Gi Mundan önəmli çağırış

Pan Gi Mundan önəmli çağırış
13:52 26 Noyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya ictimaiyyəti mineral enerjiyə qənaət etməyə imkan verən və enerji effektliyinin artırılmasına kömək edəcək yeni texnologiyalara yatırılan investisiyalara "yaşıl işıq" yandırmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun bu gün Aşqabadda keçirilən sabit nəqliyyat üzrə BMT Qlobal Konfransının açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, bu gün bütün dünyada, eləcə də Türkmənistanda avtomobil yolları və tunel tikintisinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Baş katib vurğulayılb: "Sabit nəqliyyat sisteminin yaradılması hamımız üçün təhlükəsiz və sağlam həyatı təmin etmiş olacaq. Eləcə də bu sistem hamımızın vahid evi - planetimizi müdafiə etmək üçün lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR