İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

İlham Əliyev iranlı həmkarına başsağlığı verdi
13:58 26 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

"Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/177444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR