İranda dəmir yolu qəzası ilə bağlı üç nəfər saxlanılıb

İranda dəmir yolu qəzası ilə bağlı üç nəfər saxlanılıb
15:42 26 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ İran hökuməti Semnan əyalətində sərnişin qatarların toqquşması ilə əlaqədar dövlət dəmir yolu şirkətinin üç əməkdaşını həbs edib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, hadisə ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, qəza dünən yerli vaxtla saat 07:40-da Şahrud şəhərinin yaxınlığında baş verib. Qatarlardan biri platformada dayandığı zaman digər qatar ona çırpılıb. Toqquşma nəticəsində 4 vaqon relsdən çıxıb, daha iki vaqon alışıb. Məlumata görə, hərəkətə edən qatarda 400 sərnişin olub. Son məlumatlara əsasən, hadisə nəticəsində 45 nəfər həlak olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-demir-yolu-qezasi-ile-bagli-uc-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR