"Qarabağ" və "Qəbələ"nin vahid liderlik, AZAL-ın ilk qələbə arzusu

"Qarabağ" və "Qəbələ"nin vahid liderlik, AZAL-ın ilk qələbə arzusu
15:47 26 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış matçında əzəli rəqiblər "Kəpəz" və "Neftçi" bu dəfə Gəncədə üz-üzə gələcəklər. Cari mövsümdə hər iki komandanın işi qaydasında getmir. Təsadüfi deyil ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan rəqiblərdən "Kəpəz" hazırda 6-cı, "Neftçi" isə 7-cidir. Bu komandaların ilk dövrədəki qarşılaşmasında "Neftçi" qələbəni bayram etmişdi. Maraqlıdır ki, həmin oyunda fərqlənən futbolçular - Denilson Pereyra və Katalin Tira artıq "ağ-qaralar"ın üzvləri deyillər.

Həm "Kəpəz"ə, həm də "Neftçi"yə qələbə hava-su kimi lazımdır. "Kəpəz" qalib gələcəyi halda, həm bakılılardan birinci dövrədəki məğlubiyyətin əvəzini çıxacaq, həm də xallarının sayını 15-ə çatdırıb, digər görüşlərdəki nəticələrdən asılı olaraq, turnir cədvəlində irəliləmək şansı qazana bilər. "Neftçi" isə qalib gələcəyi təqdirdə, "Kəpəz"lə xallarının sayını bərabərləşdirəcək.
 
Günün ikinci matçı AZAL və "Sumqayıt" komandaları arasında baş tutacaq. Turnir cədvəlinin son pilləsində qərarlaşan "təyyarəçilər" Samir Abasovun yetirmələrini əliboş yola salmaqla, cari mövsümdə ilk qələbələrini qazanmağa çalışacaqlar. Amma "Sumqayıt" da meydana 3 xal üçün çıxacaq. Son 2 turda "Kəpəz"lə səfərdə heç-heçə edib, "Neftçi"yə qalib gələn "gənclik şəhəri" təmsilçisi uğurlu seriyanı Şüvəlanda da davam etdirmək arzusundadır.
 
Turun görüşlərindən biri noyabrın 28-də "Zirə" və "İnter" arasında keçiriləcək. Bu komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşsalar da, aralarındakı xal fərqi 9-a bərabərdir. Ev sahibləri "bankirlər"dən daha da geri qalmamaq üçün qələbə qazanmağa çalışacaqlar. "İnter" isə liderlər - "Qəbələ" və "Qarabağ"ın bu tur bir-birləri ilə qarşılaşmağından istifadə edərək, onlarla aradakı xal fərqini azaltmaq fikrindədir. Odur ki, 90 dəqiqənin gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olar.   
 
Tura mərkəzi qarşılaşma - "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq. Hər iki komanda bu həftə Avropa Liqasının qrup mərhələsində məğlubiyyət üzü görüb. "Qarabağ" səfərdə "Slovan"a uduzduğu halda, "Qəbələ" Bakıda "Anderlext"lə bacarmayıb. Bu məqam hər iki komandanın, xüsusilə, "Qarabağ"ın futbolçularının psixoloji hazırlığına mənfi təsir göstərə bilər. İstənilən halda, liderlərin qarşılaşması maraqlı oyun vəd edir. Xatırladaq ki, bu komandaların ilk dövrədə "Qəbələ"dəki görüşündə meydan sahibləri qalib gəlmişdilər. Bu mənada, Qurban Qurbanov həmin məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı imkan əldə edib. Amma "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk da dueldən qələbə ilə ayrılmaq niyyətindədir. 3 xal əldə edəcək komanda turnir cədvəlində vahid liderə çevriləcək.
 
 
Azərbaycan Premyer Liqası
XIII tur
 
27 noyabr (bazar)
 
14:00. "Kəpəz" - "Neftçi"

I dövrədəki oyun: 0:2
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus  Abbasov
Hakim-inspektor: Xaqani  Məmmədov
Gəncə şəhər stadionu
 

16:00. AZAL - "Sumqayıt"
I dövrədəki oyun: 1:1
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif  Davudov 
Hakim-inspektor: Vüsal  Əliyev
"AZAL Arena"
 
 
28 noyabr (bazar ertəsi)

17:00. "Zirə" - "İnter"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov         
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
I dövrədəki oyun: 1:1
Zirə İdman Kompleksinin stadionu
 
 
29 noyabr (çərşənbə axşamı) 
 
19:00. "Qarabağ" - "Qəbələ"

I dövrədəki oyun: 0:2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov     
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena"

Turnir cədvəli

1.

Qəbələ

12

8

4

0

27-4

28

2.

Qarabağ

12

9

1

2

24-5

28

3.

İnter

12

6

5

1

20-11

23

4.

Zirə

12

4

2

6

10-13

14

5.

Sumqayıt

12

3

4

5

11-17

13

6.

Kəpəz

12

2

6

4

7-11

12

7.

Neftçi

12

3

0

9

9-27

9

8.

AZAL

12

0

4

8

4-24

4

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR