Fransa prezidenti Kuba barəsində embarqonun ləğv edilməsini tələb edib

Fransa prezidenti Kuba barəsində embarqonun ləğv edilməsini tələb edib
16:32 26 Noyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Kuba barəsində embarqo qəti olaraq ləğv olunmalıdır.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransanın prezidenti Fransua Olland bildirib. 
"Fidel Kastronun vəfatı ilə əlaqədar bir daha israrla vurğulayıram ki, bu embarqo Kubaya zərər vurur, ona görə də ləğv olunmalıdır. Kuba üçün gələcək perspektivlər təmin edilməli,bu ölkə ilə ticari mübadilə üçün zəruri şərait yaradılmalıdır, o zaman Kuba beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvü olacaq", - Fransua Olland qeyd edib. O əlavə edib ki, "Fransa hər zaman Kubaya həqiqi tərəfdaş kimi yanaşıb". 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-prezidenti-kuba-baresinde-embarqonun-legv-edilmesini-teleb-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR