Türkiyədə aktyorlar qəzaya düşdülər: ölən və yaralı var

Türkiyədə aktyorlar qəzaya düşdülər: ölən və yaralı var
17:17 26 Noyabr 2016
151 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə teatr aktyorlarını aparan mikroavtobus qəzaya düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nevşehir şəhərində baş verib. 
"Gözyaşı geceləri" adlı teatrın aktyor heyəti Nevşehirə gedərkən sürücü idarəetməni itirib və mikroavtobus qəza törədib. Nəticədə 25 yaşlı aktyor Muhammet Tiyek ölüb. Sürücü Bekir Erdem Öz isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Sürücünün komada olduğu bildirilir.
Qəzaya görə Nevşehir Kapodokiya Mədəniyyət Mərkəzində nümayiş olunacaq "Son kale" tamaşası ləgv edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR