Azərbaycanda ticarət statistikasının aparılmasına həs olunmuş seminar keçirilib

Azərbaycanda ticarət statistikasının aparılmasına həs olunmuş seminar keçirilib
17:42 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsində (DSK) “Azərbaycanda ticarət statistikasının aparılmasında tətbiq olunan beynəlxalq standartlar” mövzusunda seminar keçirilib. 
“Report” xəbər verir ki, tədbirdə bir sıra hökumət və kommersiya qurumlarının rəsmiləri iştirak ediblər.
Məlumata görə, ticarət statistikası üzrə beynəlxalq səviyyədə müqayisəliyin təmin edilməsi məqsədilə tətbiq olunan beynəlxalq metodologiyalar, təsnifatlar, SPSS, Demetra+, JAVA proqram təminatlarına dair müzakirələr aparılıb. Həmçinin, BMT-nin Statistika şöbəsinin tövsiyələrinə uyğun olaraq ticarət statistikası üzrə metodoloji yanaşmaların daima təmilləşdirilməsi haqqında məlumat verilib.
Komitə rəsmiləri beynəlxalq standartlara uyğun olaraq daxili və xarici ticarət üzrə statistik müşahidələrinin aparılması qaydaları, ilkin məlumatların əldə edilməsi və işlənilməsi, ticarət dövriyyəsinin dəyişməsinin ölçülməsi və təhlilində indeks metodunun tətbiqi üsulları haqqında da danışıb.
Görüşdə istifadəçilərin statistik informasiyaya olan tələbatlarının öyrənilməsi məqsədilə müzakirələr aparılıb, Dövlət Statistik Komitəsinin rəsmi internet səhifəsinin məlumat mənbələrindən və metaməlumatlarından, interaktiv məlumat cədvəllərindən istifadə qaydaları, hesabat və bülletenlərin onlayn təqdimi ilə bağlı müzakirələr aparılıb.
Xarici ticarət əlaqələrinə dair məlumatların Əmtəələrin təsviri və kodlaşdırılmasının “Həmahəng Sistemi” (HS-2012) ilə yanaşı, Sənaye məhsullarının təsnifatı (Prodkom) üzrə də əldə edilməsi DEMETRA+ proqram təminatı əsasında mövsümi tərəddüd və təqvim effektləri nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin indekslərinin hesablanması, Dünyada gedən iqtisadi qloballaşmanın ölkə iqtisadiyyatına təsirinin ölçülməsi üçün qlobal istehsal zəncirində iştirak edən ölkə müəssisələrin idxal-ixrac, alqı-satqı fəaliyyətinin qiymətləndirilməsi məsələləri də müzakirə mövzusu olub.
Qeyd edək ki, seminar DSK kollegiyasının 2016-cı il 19 yanvar tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-cı il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”nın “II. Məlumat istifadəçiləri ilə seminarların keçirilməsi üzrə iş planı” bölməsinin 12-ci bəndinə uyğun olaraq keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-ticaret-statistikasinin-aparilmasina-hes-olunmus-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR