Türkiyədən Avropa İttifaqına TƏRS ŞİLLƏ

Türkiyədən Avropa İttifaqına TƏRS ŞİLLƏ
17:43 26 Noyabr 2016
179 Dünya
Ölkə mətbuatı
A- A+

“Əgər Avropa İttifaqı miqrantların Türkiyə ərazisindən qeyri-qanuni şəkildə Avropaya keçidinin qarşısının alınması üzrə saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirməzsə, rəsmi Ankara bu razılaşmanın icrasını donduracaq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

N.Kurtulmuş bildirib ki, rəsmi Ankara Avropa İttifaqı ilə miqrant razılaşmasına əsasən, öz öhdəliklərini yerinə yetirib:

“Ancaq Avropa İttifaqı öz məsuliyyətlərinə əməl etmir. Əvvəllər hər gün 6-10 min qeyri-qanuni miqrant hər gün dəniz və quru vasitəsi ilə Türkiyədən Yunanıstana getməyə çalışırdı. İndi bu, tamamilə dayandırılıb. Türkiyə öz vədinə sadiq qalıb. Lakin Avropa öz məsuliyyətlərini yerinə yetirməyib. Nəticədə, Avropa Türkiyə vətəndaşlarının vizasız səfərinə şərait yaratmazsa, Türkiyə də bu razılaşmanın icrasını təxirə salacaq. Hazırda Avropa İttifaqının rəhbərləri də bu sualla üzləşiblər ki, görəsən, Türkiyə qeyri-qanuni miqrant və qaçqınların Avropaya doğru axını üçün qapılarını yenidən açacaqmı? Görünür, bu qapıların açılması mütləqdir və yalnız onun zamanı bəlli deyil”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR