Uli Höness yenidən “Bavariya” klubunun prezidenti seçilib

Uli Höness yenidən “Bavariya” klubunun prezidenti seçilib
17:52 26 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Almaniyanın ən titullu “Bavariya” futbol klubunun yeni prezidentinin adı müəyyənləşib.
"Report" xəbər verir ki, bir müddət əvvəl məhkumluqdan bəraət alan Uli Höness yenidən klubun rəhbəri seçilib.
64 yaşlı futbol funksioneri səslərin 98.5 faizini toplayıb. U.Höness 2019-cu ilədək bu vəzifəni icra edəcək.
Hələ 1970-ci ildə Münhen təmsilçisinin heyətində futbolçu kimi forma geyinən U.Höness karyerası ərzində klubu ilə bütün titullara yiyələnib. Gənc yaşında ikən “Bavariya”da baş menecer işləyən Höness 30 illik fəaliyyəti dövründə münhenlilərlə bir çox nailiyyət qazanıb.
O, bunadək 2009-2014-cü illərdə də “Bavariya”nın prezidenti olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uli-honess-yeniden-bavariya-klubunun-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR