Ermənistan ordusunun zabiti xərçəng xəstəsi olan əsgəri vəhşicəsinə döyüb

Ermənistan ordusunun zabiti xərçəng xəstəsi olan əsgəri vəhşicəsinə döyüb
18:07 26 Noyabr 2016
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Vanadzor sakini Xaçik Barseqyan həqiqi hərbi xidmətdə olduğu zaman komandir tərəfindən döyüldükdən sonra vəfat edib.
Bu barədə "Report" "Epress.am"a istinadən xəbər verir. 
2014-cü ilin sonlarında X.Barseqyan həqiqi hərbi xidmətdən qayıdıb, 2016-cı il mart ayının 27-də ayağındakı bədxassəli şişdən vəfat edib. 
Ölən gəncin anası Sonik Qazaryanın sözlərinə görə, onun oğlu hərbi xidmətdə olduğu zaman ayağındakı ağrılara şikayət edirdi və axsayardı. 
O qeyd edib ki, ondan oğlunu xidmədən azad etmək üçün 4 min ABŞ dolları tələb ediblər. 
S.Qazaryan bildirib ki, oğlu xidmətdən sonra etiraf edib ki, onu batalyon komandiri Viqen Mkrtçyan döyüb. Qadın hərbi komissarlığa şikayət edib, lakin komandir bunu inkar edib və dəlillərin olmadığını deyib. 
2015-ci ilin aprel ayında Barseqyanın vəziyyəti kəskin pisləşib, onu Moskvaya aparıblar, orada ona son mərhələ bədxassəli şiş diaqnozu qoyulub. 
X.Barseqyan Ermənistana qayıdıb, onun ayağı amputasiya olunub, lakin mart ayında o vəfat edib. 
 S.Qazaryanın sözlərinə görə, oğlu xəstə olarkən, onu əsgər yoldaşları ziyarət edib və X.Barseqyanın komandir tərəfindən döyüldüyünü təsdiq ediblər. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-ordusunun-zabiti-xerceng-xestesi-olan-esgeri-vehsicesine-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR