Çavuşoğlunun İrana qəfil səfəri - FOTO

Çavuşoğlunun İrana qəfil səfəri - FOTO
18:32 26 Noyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, M. Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşüb. 

Sonra M. Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. 
 
Görüşdə M. Çavuşoğlunun ikitərəfli əlaqələrin inkişafı, regiondakı münaqişələr, o cümlədən Suriya böhranı müzakirə olunub. 
 
Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M. Çavuşoğlunun Tehrana ikinci səfəridir. M. Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR