Maradona: "Fidel Kastro mənim üçün ikinci ata idi"

Maradona: "Fidel Kastro mənim üçün ikinci ata idi"
19:07 26 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Argentina yığmasının əfsanəvi futbolçusu Diyeqo Maradona bildirib ki, kubalı inqilabçı Fidel Kastro onun üçün ikinci ata idi.
"Report" xəbər verir ki, argentinalının sözlərini AFP sitat gətirir.
Kastro cümə günü 91 yaşında dünyasını dəyişib.
"Bu, dəhşətli gündür. Şübhəsiz ki, böyük insan vəfat edib. Mənim üçün çox kədərlidir, çünki o mənə ikinci ata idi", - deyə Maradona bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR