Ağcabədidə ağır yol qəzası: Xəsarət alanlar var

Ağcabədidə ağır yol qəzası: Xəsarət alanlar var
19:33 26 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Hadisə nəticəsində xəsarət alanlar Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseynov Vasif Zahid oğlunun vəziyyəti ağırdır. Həkimlər onu ağız və burun nahiyəsində baş vermiş əzilmədən sonra başlayan qanaxmanı dayandırmaq üçün əməliyyata götürüb.

1982-ci il təvəllüdlü Cəfərov Anar Məzahir oğlu isə keçirdiyi qəzadan şoka düşüb.

V. Hüseynov və A. Cəfərovu xəstəxanaya çatdıran şəxslər onların avtomobil qəzası nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/177477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR