Selena Qomes gözəllik sirrini açıqlayıb

20:31 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Selena Qomes hər zaman ideal bədən quruluşu ilə diqqət çəkib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı idmanla ciddi məşğul olduğunu heç vaxt gizlətməyib. Bu günlərdə isə Qomes müsahibəsində detoks-aparatdan istifadə etdiyini deyib. Bu dərman sauna effekti verir, insanı tərlədir.

"Xüsusi aparat var ki, mənim bədən ölçülərimi qaydasında saxlayır. Bu aparatda saatlarla uzanıram və tərləyirəm. Bu sizin bədəninizi zəhərli maddələrdən təmizləyir, ürək döyüntüsünü gücləndirir. Sözügedən üsul bədənimi ideal formaya salır, artıq ətlərdən xilas edir. Bu üsul sağlam olmağıma yardımçıdır" deyə, Selena bildirib.

Müğənni əlavə edib ki, bu prosedurdan sonra özünü yaxşı hiss edir:

"Bir saat bu aparatda oturur və tərləyirsən. Ondan dərhal sonra vanna qəbul etmək olmaz. Artıq piyləri yandırır, dərini yumşaldır".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR