Hələb şəhəri raket atəşinə tutulub: 3 ölü, 15 yaralı

Hələb şəhəri raket atəşinə tutulub: 3 ölü, 15 yaralı
20:32 26 Noyabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Suriyada radikal qruplaşmaların üzvləri Hələb şəhərinin yaşayış rayonunu raket atəşinə tutublar. Nəticədə 3 mülki şəxs ölüb, ən azı 15 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə könüllülərə istinadən RİA "Novosti" məlumat yayıb.
"Bu gün bir neçə raket şəhərin şimal hissəsində yerləşən Midan məhəlləsinə düşüb. Nəticədə ikisi qadın olmaqla 3 mülki şəxs ölüb, ən azı 15 nəfər yaralanıb. Hücum terrorçuların nəzarəti altında olan rayonlardan edilib", - deyə agentliyin həmsöhbəti bildirib.
Həmçinin rayonun infrastrukturuna ciddi ziyan dəyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR