Pendir və noxud ömrü niyə uzadır?

Pendir və noxud ömrü niyə uzadır?
20:47 26 Noyabr 2016
697 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstriyadakı Graz Universitetində elm adamlarının araşdırmasına görə, orqanizmin bir çox hissəsində yerləşən spermidin adlı xüsusi maddə ürək sağlamlığını qoruyur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədqiqatda çıxan digər nəticələrə görə, bu maddə duz ilə zəngin olan pəhrizlə qidalanan siçanlarda da qan təzyiqini azaldır, hüceyrələr üçün lazım olan enerjini təmin edir və ürək çatışmazlığının irəliləməsini ləngidərək, ömrü uzadır. (gazetevatan.com)
Qidalanarkən spermidin maddəsi ilə zəngin qidalar qəbul etdikdə, təzyiq aşağı olur və ürək-damar xəstəlikləri daha az təzahür tapır.
Spermidin adı verilən maddə başda pendir, noxud, soya lobyası, qreypfrut, buğda toxumu, gül kələmi, toyuq qaraciyəri, qarğıdalı və göbələkdə intensiv olaraq var.
Daha əvvəlki bir araşdırmaya görə spermidin, insanlarda qocalmağı gecikdirərək, Alzheimer və Parkinson xəstəliyinə qarşı da mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR