Bakıda yol kənarını baza çeviriblər - VİDEO

Bakıda yol kənarını baza çeviriblər - VİDEO
20:52 26 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatı mallarının satıldığı yarmarkaya aparan yol bazarı xatırladır. Yolun hər iki tərəfində məhsul satıldığından avtomobillərin hərəkəti çətinləşib və yolda tıxac əmələ gəlib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  görüntülər paytaxtın Binəqədi rayonu Koroğlu Rəhimov küçəsindəki yarmarkanın qarşısında çəkilib. Burada yaranan böyük sıxlıq ətrafda yaşayanların narahatlığına səbəb olur.

Bu yoldan keçən marşrut xəttlərinin sürücüləri də tıxaca görə hər gün qrafiklərinin pozulduğunu deyirlər.

Satıcılar isə yarmarkanın içində yer olmadığı üçün məhsullarını yolda satmağa məcbur olduqlarını bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyi isə bu halı məhsulun bolluğu ilə əlaqələndirir.

Qeyd edək ki, yalnız həftəsonları fəaliyyət göstərən belə yarmarkalar şəhərin müxtəlif hissələrində təşkil olunur və əksəriyyətində vəziyyət eynidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR