Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı

Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı
20:52 26 Noyabr 2016
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.

İnqrediyentlər:

- 200 qr süd

- 200 qr su

- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)

- 3 çay qaşığı yaxşı qara çay

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 2 dənə mixək

- 2 dənə hil

Hazırlanması:

1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.

2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.

3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR