Çin məktəbi şagirdlərə beşlərə görə milyonlar payladı

Çin məktəbi şagirdlərə beşlərə görə milyonlar payladı
21:22 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Çində Vençjou şəhərinin orta məktəbində tədris müəssisəsinə yeni gələn məktəblilərin təntənəli mükafatlandırılma mərasimi keçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, pul vəsaitini qəbul imtahanlarını müvəffəqiyyətlə verib  ibtidai sinifdən orta məktəbə keçən yaşı 15-ə qədər olan şagirdlər alıb.

Ümumilikdə əlaçılara 8 milyon yuan verilib.

Pul mükafatının həcmi imtahan zamanı alınmış qiymətlərdən asılı olub. Beləliklə, məktəblilər 100 min, 50 min və 40 min həcmində mükafatlar alıb, pulun bir qismi nağd şəkildə verilib, bir qismi isə uşaqların hesabına köçürülüb. Bütövlükdə 239 adam mükafatlandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR