Bədr qəhrəmanı Kərbəla səhnəsində

Bədr qəhrəmanı Kərbəla səhnəsində
22:17 26 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Ənəs ibni Haris Kərbəla hadisəsindəki ən yaşlı səhabələrdən idi. O, Peyğəmbərin (s) səhabəsi olmuşdu, Bədr və Huneyn döyüşlərində iştirak etmişdi. Aşura günü İmamın (ə) yanına gəlir və döyüşə getmək üçün icazə alır. İmam da icazə verir və böyük bir şövqlə əmaməsini geyinir, gözünün üstünə düşən qaşlarının tükünü qaldırır ki, görməyinə mane olmasın. (İslami saytlara istinadən)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) onu bu halda görən zaman özünü saxlaya bilmir və ağlayır. Sonra Ənəsə xitab edərək, buyurur: "Allah əməlini ən yaxşı şəkildə qəbul etsin və qiymətləndirsin, ey Şeyx!".
O, yaşlı olmasına baxmayaraq, döyüş meydanına gedir və 18 düşməni cəhənnəmə göndərəndən sonra şəhid olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR