Cinsi əlaqədə olduğu qadını polisə verdi - Bakıda

Cinsi əlaqədə olduğu qadını polisə verdi - Bakıda
23:22 26 Noyabr 2016
324 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda kirayədə yaşayan gənc oğlanın evindən oğurluq edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisində kirayədə yaşayan Kürdəmir sakini Sahil Ələkbərovun evindən 100 manat pul və mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı sakini R. G. tutulub.

Məlumata görə, Sahil Ələkbərov R.G. ilə cinsi əlaqədə olmaq üçün onu kirayə yaşadığı evə gətirib, daha sonra qadın evi tərk edib. R.G gedəndən sonra Sahil Ələkbərov 100 manatının və mobil telefonunun da oğurlandığını görüb. O, hadisə ilə bağlı polisə məlumat verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR