Azərbaycanın təyyarəsi İsrailidə 8 yanğın söndürüb

Azərbaycanın təyyarəsi İsrailidə 8 yanğın söndürüb
23:42 26 Noyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb.

Milli.Az bildirir ki, bu barədə FHN-nin yaydığı məlumatda deyilir.
 
"Xəbər verildiyi kimi, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda bildirilir.​
Sosial səhifələrd

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR