Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olun

Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olun
23:57 26 Noyabr 2016
303 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər kəs bir-birindən dadlı, ləzzətli yeməkləri sevir. Amma təssüf ki, mədə-bağırsaq sistemimizdə zaman-zaman meydana çıxan bəzi xəstəliklər orqanizmimizdə bəzi fəsadlara yol açır.

Milli.A saqlamheyat.az-a istinadən bildirir ki, xora xəstəliyi: mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi - bütün orqanizmin xronik xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir.

Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər.

Hər gün bunlara diqət etmək lazımdır. Bunlar mədəmizin düşmənləridir:

Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz.
Uzun müddət ac qalmaq: Az-az amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir.
Siqaret çəkmək: Xüsusilə ac qarına çəkilən siqaret mədə qanaması və xorasını sürətləndirir.
Tez-tez yemək yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır.
Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur.
Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin.

Müalicəsi:
Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək.

Mədədə ağrılar heç də heç nədən yaranmır. Əksər hallarda buna səbəb qastrit olur. Qastrit kəskin və xroniki olur. Kəskin şəkildə qastrit zəhərlənmə, çoxlu qidadan yaranır. Kəskin qastritə əsasən sinir sistemi zəif olan və mədə turşuluğu yüksək olan insanlar məruz qalır. Xroniki qastritə gəldikdə isə buna alkoqol, siqaret və düzgün olmayan qida qəbulu daxildir.
Hər bir halda bu xəstəliyi olan insanlar mütəmadi olaraq mədə nahiyəsində ağrılar hiss edirlər. Bu ağrılardan azad olmaq istəyirsiniz isə mütləq qastroenteroloqa müraciət edin ki, o sizə düzgün müalicə və pəhriz təyin edəcəkdir.

Lakin insanlar özünü də xalq təbabətindən istifadə edərək müalicə edə bilər. Bu məqalədə bundan söz açırıq.

Kartof şirəsi
Çiy kartofun şirəsi mədə ağrılarına qarşı ən effektiv vasitələrdəndir. Hətta bu şirə nəinki qıcqırma zamanı hətta xroniki qastrit zamanı da xeyirlidir. Stəkanın 1/4 hissəsi qədər yeməkdən əvvəl gündə 4-5 dəfə qəbul etmək lazımdır. Üç həftədən sonra ağrılar keçdikdən sonra kartof şirəsinin qəbulunu gündə 2 dəfə qədər azaltmaq lazımdır.

Bitki qarışığı
Müxtəlif bitki qarışıqları da mədə ağrılarını sakitləşdirə bilər. Problemi həll etmək üçün sıradakı eyni ölçüdə bitkilərə ehtiyac var: çobanyastığı, gövhərnanə, qatırquyruğu, şüyüd toxumu və cirə. Bunları qarışdırdıqdan sonra iki çay qaşığı bitkinin üzərinə qaynar su əlavə edin və 20 dəqiqə dəm almağa qoyun. Dəmlənmiş ot çayını səhər və axşam 100 ml içmək lazımdır. Bütün narahatçılıqlarınız üç həftəyə yoxa çıxacaq.

Qastritə qarşı sıyıq
İlk öncə çobanyastığından cövhər hazırlanmalıdır. Bir qaşıq çobanyastığı gülünü bir stəkan qaynar suda bir saat dəmləyin. Alınan cövhərin içinə 4 x/q qerkules əlavə edin və yulafın şişməsini gözləyin. Lakin bu sıyığı ən azı iki ay yemək lazımdır, səhər yeməyi. Ağrılar isə artıq 3 gündən sonra keçəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR