Gədəbəydə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var

Gədəbəydə sərnişin avtobusu aşdı - Ölən və yaralananlar var
00:38 27 Noyabr 2016
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/177492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR