İnsanı qoruyan 9 qəribə hal - FOTO

İnsanı qoruyan 9 qəribə hal - FOTO
00:47 27 Noyabr 2016
206 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bizim bədənimiz çətin bioloji proseslərin ibarət bir sistemdir. Çox zaman biz bu prosesləri anlamırıq. Qoruyucu mexanizmlər də onlardan biridir. Onlar bizə 24 saat yardım edir və zərər verəcək mənfi təsirlərdən qoruyur.

Milli.Az publika.az-a istinadən özünü qorumaq üçün bədən hansı mexanizmlərdən istifadə etdiyini təqdim edir.

Əsnəmək

Əsnəməyin əsas məqsədi yorğunluğu götürmək, gərginliyi azaltmaq, ciyərlərin havasını dəyişməkdir.

Asqırmaq

Biz adətən burnumuzda mikrob və toz yığılarkən asqırırıq. Asqıraraq bədən yığılmış "zibildən" qurtulur.

Gərnəşmə

Səhər oyanarkən bədənimizi gündəlik qayğılara hazırlamaq üçün qeyri-ixtiyari gərnəşirik. Dartınma həm də qan dövranını normaya salır, əzələlərin tonusunu artırır və sadəcə olaraq əhvalı yaxşılaşdırır.

Hıçqırıq

Tez-tez yeyəndə, iri tikələri udanda qarına daha çox hava gedir. Orqanizm bundan hıçqıraraq xilas olmağa çalışır.

Yuxuda birdən yıxılmaq

Yuxuya gedərkən birdən kiminsə sizi itələməsini xatırlayırsız? Bütün əzələləriniz birdən gərginləşir və hiss edirsən ki, aşağı doğru düşürsən və həmin an oyanırsan.

Məsələ ondadır ki, yuxuya gedərkən nəfəsiniz yavaşıyır, nəbziniz isə hiss olunmayacaq dərəcədə azalır. Bu an beyin öldüyünü zənn edərək, orqanizmə yuxudan oynamaq komandası verir.

Barmaqlarda büzüşmə

Alimlər hələ bu yaxınlarda çiməndən sonra barmaqlarımız da yaranan qırışıqların səbəbini tapıb. Bu xüsusiyyət bizə əcdadlarımızdan keçib. Belə ki, qırışıq barmaqlarla yaş daşlara dırmaşmaq daha rahat idi. Yəni ayaqlarda və barmaqlarda olan qırışıqlar sürüşkən yerlərdə daha rahat hərəkət etməyimiz üçündür.

Yaddaşın itməsi

Yaddaşın itməsi çox zaman insanın yaşadığı stressli həyatla bağlıdır. Beynimiz bizi qorumaq üçün pis xatirələri yaddaşımızdan silir.

Ördəksayağı dəri

Birdən-birə soyuq hiss edərkən , orqanizm bədəndə yığdığı istini saxlamaq üçün tüklər ürpərdir. Bu hadisə ördəksayağı dəri adlanır. Həmçinin tüklərin ürpərməsi qorxudan və həyəcandan da baş verə bilər.

Göz yaşı

Göz yaşı gözdə olan tozu və çirki çıxarmaqla yanaşı, onun "emosional təhlükəsizliyi" mexanizmi var. Alimlərin dediyinə görə, güclü emosional anlar yaşadıqda bədən yeni qıcıqlanma mənbəsi yaradaraq, bizim çəkdiyimiz ağrını azaldır.

Bu sadəcə bədənimizə təşəkkür edəcəyimiz bir neçə səbəblərdən biridir. O, hər dəqiqə dayanmadan bizi qorumaq üçün çalışır. Ən çətin anlarımızda bədənimizin bizə yardım etməsinə icazə verməliyik.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR