Tovuzda hamilə qadın qidadan zəhərlənib

Tovuzda hamilə qadın qidadan zəhərlənib
00:47 27 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 27 noyabr. REPORT.AZ/ Gecə saatlarında Tovuzda hamilə qadın konservləşdirilmiş qida məhsulundan zəhərlənib.
"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Həsənova konservləşdirilmiş badımcan yedikdən sonra özündə narahatlıq hiss etdiyini bildirib və yaxınları onu dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zərərçəkənə tibbi yardım göstərilib.
Xəstəxanadan verilən məlumata görə, hamilə qadının vəziyyəti normaldır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-hamile-qadin-qidadan-zeherlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR