Gürcüstanın yeni hökuməti təsdiqləndi - SİYAHI

Gürcüstanın yeni hökuməti təsdiqləndi - SİYAHI
01:03 27 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamenti Nazirlər Kabinetinin yeni tərkibini və hökumətin yeni proqramını təsdiq edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, parlamentin 110 deputatı baş nazir Georgi Kvirikaşvilinin başçılıq etdiyi hökumətə səs verib, 19 deputat qarşı çıxıb.

Sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası, həmçinin “Vətənpərvərlər İttifaqı” hökumətin yeni tərkibini və onun proqramını dəstəkləməyib. Müxalifət nümayəndələrinin bir hissəsi səsvermədən əvvəl parlament iclasını nümayişkaranə şəkildə tərk ediblər.

Gürcüstan hökumətinin yeni tərkibi aşağıdakı şəkildə təsdiqlənib.

-Baş nazirin birinvi müavini, maliyyə naziri Dmitri Kumsişvili

-Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze

-İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kaxariya

-Regional inkişaf və infrastruktur naziri Zurab Alavidze

-Avropa və avroatlantik strukturlara inteqrasiyalar məsələləri üzrə dövlət naziri Viktor Dolidze

-Xarici işlər naziri Mixail Canelidze

-Əmək, səhiyyə və sosial müdafiə naziri David Sergenko

-Təhsil və elm naziri Aleksandr Cedjelava

-Kənd təsərrüfatı naziri Levan Davitaşvili

-Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze

-Gənclər və idman naziri Tariel Xeçikaşvili

-Müdafiə naziri Levan İzoriya

-Ədliyyə naziri Teya Sulukiani

-Daxili işlər naziri Georgi Mqebrişvili

-Cəzaların icrası vəprobasiya naziri Kaxi Kaxişvili

-Təbii resurslar və ətraf mühitin qorunması naziri Qiqla Aqulaşvili

-Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Sixelaşvili.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR