“Vicdan haqqı”nın qəhrəmanı xəstəxanalıq oldu

“Vicdan haqqı”nın qəhrəmanı xəstəxanalıq oldu
01:31 27 Noyabr 2016
603 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan “Vicdan haqqı” serialının baş qəhrəmanı, əməkdar artist Elxan Yunisin səhhətində problemlər yaranıb. Xəstəxanaya düşən aktyora görə serial çəkilişləri təxirə salınıb.

Axşam.az xəbər verir ki, Publika.az-a açıqlama verən aktyor hazırda Gəncədə müalicə aldığını deyib:
 
“Ayağımda ağrılar vardı, yeriməyə çətinlik çəkirdim. Məcbur olub serial çəkilişlərini dayandırdım. Sağ olsunlar, mənə görə bir həftə çəkilişlər təxirə düşdü. Həkimlər deiyr ki, sinir ağrılarıdır, onurğamda sürüşmə var, bir həftə müalicə kursu təyin olunub. Əgər müalicə ilə keçməsə, təcili əməliyyat olumalıyam”.

Aktyor xəstəxanada başına gələn bir hadisəni də danışıb:

“Xəstəxanada idim, qəfildən bir kişi üstümə yeridi ki, Allah sənin cəzanı verdi. Bir qadını orda gözüyaşlı qoymusan, birini burda. Başa düşdüm ki, serialda oynadığım Kamil obrazına görə kişi mənə qəzəblidir”.

Qeyd edək ki, aktyor “Vicdan haqqı” serialında iki arvadı olan Kamil obrazını canlandırır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR