Əlcəzair prezidenti Əbdül Əziz Buteflika Kuba inqilabının lideri Fidel Kastronun ölümü ilə bağlı ölkədə səkkiz günlük matəm elan edib.
APA-nın “Algeria Press Service”-ə istinadən verdiyi xəbərə görə, Buteflika, həmçinin, Kubanın hazırkı lideri Raul Kastroya başsağlığı verib. O, Fidel Kastronun ölümü ilə, yaxın dostu və silahdaşını itirdiyini bildirib.